Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu olub
İDMAN

Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu olub

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və “İnter Mayami”nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub.

Paraqraf.com-un məlumatına görə, pley-off-un final matçında onun komandası “Vankuver”i 3:1 hesabı ilə məğlub edib.

Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

38 yaşlı argentinalı “İnter Mayami”nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Daha əvvəl hücumçu “İnter Mayami” ilə Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-nin müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanmışdı.

Messi ən çox titulu “Barselona”da (35) əldə edib. İspaniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionatını, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Milli komanda ilə Messi 6 titul əldə edib: dünya çempionu (2022), Amerika Kuboku qalibi (2021, 2024), Olimpiya Oyunlarının qalibi (2008), “Finalissima” (2022) və 20 yaşadək futbolçular arasında dünya çempionu (2005).

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qriqoryan: İrəvan və Bakı tərəfindən sülh sazişinin paraflanması Qafqazdakı atmosferi dəyişib

Next

Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar

Copyright 2026— Praqraf.com. All rights reserved