Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır
ELM VƏ TƏHSİL

Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır

06 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Tbilisi şəhəri 53 nömrəli dövlət məktəbində Azərbaycan və Gürcüstan təhsil nazirliklərinin əməkdaşlığı çərçivəsində müasir tələblərə uyğun STEAM mərkəzinin açılması planlaşdırılır.

Paraqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclərlə iş üzrə naziri Givi Mikanadze və Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Tbilisinin 53 nömrəli məktəbini ziyarəti zamanı məlumat verilib.

Bildirilib ki, nazirlər məktəbin yenilənmiş tədris mühitini nəzərdən keçirib, son dövrlərdə həyata keçirilmiş infrastruktur işləri ilə yerində tanış olublar.

Ziyarət zamanı tərəflər iki ölkə arasında ümumi təhsil sahəsində əməkdaşlığın inkişafı, məktəblərin modernləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, məhz iki ölkənin təhsil nazirliklərinin əməkdaşlığı çərçivəsində bu məktəbdə müasir tələblərə uyğun STEAM mərkəzinin açılması planlaşdırılır. Yeni mərkəz şagirdlərin innovativ tədris resurslarına çıxışını genişləndirəcək və onların elmi-texniki bacarıqlarının inkişafına mühüm töhfə verəcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb

Next

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ

Copyright 2026— Praqraf.com. All rights reserved