Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib
İQTİSADİYYAT

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin kreditlərin dollarlaşmasından xeyli yüksək qalması valyuta öhdəlikləri ilə əsasən manatla formalaşan aktivlər arasında struktur valyuta disbalansına səbəb olur.

Paraqraf.com xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd olunub.

Agentlik bildirir ki, Azərbaycan prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində bir sıra islahatlara start verib. Bu çərçivədə “Bazel III” standartlarının mərhələli tətbiqi davam edir, idarəetmənin təkmilləşdirilməsi, məlumatların açıqlanması və makroprudensial nəzarət üzrə təşəbbüslərlə yanaşı, riskəsaslı nəzarət sisteminin pilot tətbiqi həyata keçirilir. İslahatlar hələ ilkin mərhələdə olsa da, onların tam icrası beynəlxalq tənzimləmə təcrübəsi ilə fərqin azalmasına töhfə verməlidir. Bununla belə, bank sektoru artan depozit bazası hesabına sabit maliyyələşdirmə profilini qorumaqdadır.

“S&P” analitiklərinin qiymətləndirməsinə görə, depozitlərin dollarlaşması COVID-19 pandemiyasından əvvəlki 55 %-dən 29 %-ə düşüb. “Bu azalmaya manat depozitləri üzrə daha yüksək faiz dərəcələri və məzənnənin uzunmüddətli sabitliyi dəstək verib. Lakin agentlik xəbərdarlıq edir ki, bu göstərici etimad amilinə son dərəcə həssasdır və valyuta məzənnəsinə təzyiqin yenidən artacağı təqdirdə əmanətçilərin xarici valyutaya sürətli dönüşü mümkündür”, – hesabatda deyilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Next

Azərbaycan nefti BAHALAŞIB

Copyright 2026— Praqraf.com. All rights reserved