Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 6
  • Nazirlikdə yeni peşə qurumu yaradılır – Dövlət Agentliyi ləğv edilir?

Nazirlikdə yeni peşə qurumu yaradılır – Dövlət Agentliyi ləğv edilir?

admin 06 Dekabr 2025 7 minutes read
e921ec466ebe456eb6eda958039208be
PAYLAŞIN:

Bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılıb.

O qeyd edib ki, peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb. Onun sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Qeyd etmək yerinə düşər ki, uzun müddət idi, bəzi ekspertlər ölkədə peşə təhsili sahəsində problemlərin olduğunu vurğulayırdılar. Hətta Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğv olunması ilə bağlı çağırışlar edilirdi.

Bəs nazirlikdə yeni bölmənin yaradılmasından sonra növbəti addım Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğvi olacaq?

kamran.jpg (28 KB)

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı  fikrini bölüşüb:

“Elm və Təhsil Nazirliyinin strukturunda peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması idarəetmənin mərkəzləşdirilməsi, strategiyanın daha aydın formalaşdırılması və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından məqsədyönlü addımdır. Son illərin statistikasına nəzər salındıqda görünür ki, ölkədə peşə təhsili sisteminin miqyası sürətlə genişlənib: 2018-ci ildə peşə təhsilinə qəbul 18 min nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 41 min nəfəri ötüb. Bu qədər genişlənən sahədə idarəetmənin daha sistemli şəkildə təşkili labüddür və yeni bölmənin yaradılması məhz bu ehtiyacın nəticəsidir.

“Təhsil haqqında” Qanunun 5-ci maddəsi dövlətin təhsil sahəsində vahid siyasət yürütməsini, təhsil pillələri arasında koordinasiyanın təmin edilməsini tələb edir. Orta ixtisas və peşə təhsili ilə bağlı hüquqi bazada da göstərilir ki, təhsil siyasəti ayrıca, icra isə ayrıca qurum tərəfindən həyata keçirilməlidir. Peşə Təhsili üzrə Dövlət Agentliyi siyasətin icrası və əməliyyat funksiyalarının daşıyıcısıdır. Nazirlik daxilində strateji planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını daşıyan yeni bölmənin yaradılması qanunun tələb etdiyi “siyasətin müəyyən olunması” elementinin institusional gücləndirilməsi deməkdir. Buradan göründüyü kimi, Agentliyin ləğvi yox, funksiyaların bölünməsi və sistemin çevikləşdirilməsi istiqamətində addım atılıb”.

Ekspert deyib ki, bu dəyişikliklərin müsbət tərəfi ondan ibarətdir ki, peşə təhsilinin inkişafı artıq yalnız icra səviyyəsində deyil, birbaşa Nazirlik səviyyəsində strateji idarəetmə müstəvisində aparılacaq:

“Dünyanın inkişaf etmiş təhsil sistemlərində – Finlandiya, Cənubi Koreya, Avstriya və Almaniyada – peşə təhsili siyasəti məhz nazirliklərin strateji idarəetmə bölmələri tərəfindən müəyyən edilir, icra isə ayrıca agentliklər tərəfindən həyata keçirilir. Bu modelin üstünlüyü siyasət və icra arasında vəzifə bölgüsünün aydın olması, qərarların daha çevik qəbul edilməsi və strateji tənzimləmənin güclənməsidir. Azərbaycanda da eyni yanaşmanın tətbiqi peşə təhsilinin modernləşdirilməsi baxımından mütərəqqi addımdır. Mənfi tərəf kimi qeyd edilə biləcək əsas risk koordinasiya boşluğu ola bilər. Əgər yeni bölmənin siyasətqurma funksiyası ilə Agentliyin icra funksiyası arasında mexanizmlər dəqiq müəyyən edilməzsə, paralellik və resurs itkiləri baş verə bilər. Lakin Elm və Təhsil Nazirliyinin son illər bütün struktur islahatlarına yanaşmasında müşahidə olunan ardıcıllıq – məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər idarəedici vahidlərin optimallaşdırılması – göstərir ki, bu dəyişiklik də sistemli yanaşmanın davamıdır və risklərin qarşısının alınması üçün əvvəlcədən planlaşdırma aparılıb.

Müqayisə etdikdə görünür ki, Azərbaycanda peşə təhsilinə keçid sürəti dünya ölkələrinə nisbətdə daha yüksəkdir. OECD ölkələrində orta hesabla şagirdlərin 45%-i peşə təhsilinə yönəlir, Azərbaycanda bu rəqəm hazırda 18–20% arasındadır və artım dinamikası sürətlidir. Qəbul statistikasının son beş ildə iki dəfə artması və əmək bazarında texniki peşələrə tələbatın yüksəlməsi göstərir ki, idarəetmənin gücləndirilməsi üçün belə struktur dəyişikliyinə ehtiyac vardı. Yeni bölmə vasitəsilə əmək bazarı ilə daha sıx koordinasiya, ixtisasların daha düzgün planlaşdırılması və regionlar üzrə balanslaşdırılmış peşə təhsili siyasəti qurula bilər”.

Kamran Əsədov qeyd edib ki, dəyişəcək ən mühüm məsələ peşə təhsili üzrə qərarların mərkəzləşdirilmiş şəkildə, daha dəqiq analitik baza üzərində formalaşdırılmasıdır:

“Bu isə nəzarətin, monitorinqin və qiymətləndirmənin Nazirlik səviyyəsində güclənməsi deməkdir. Dəyişməli olan əsas məsələlərdən biri peşə təhsili müəssisələrinin regionlar üzrə bərabər inkişafının təmin olunması, kadr hazırlığının standartlaşdırılması və Agentlik ilə Nazirlik yeni bölməsi arasında koordinasiya mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Bu prosesə parallel olaraq, siyasət və icra arasında məlumat mübadiləsinin institusional əsaslara bağlanması zəruridir.

Elm və Təhsil Nazirliyinin bu addımı müsbət qərar kimi qiymətləndirilə bilər. Nazirliyin həyati əhəmiyyət daşıyan sahələri – müəllim hazırlığı, məktəblər, ali təhsil və hazırda genişlənən peşə təhsili – üzrə strukturu optimallaşdırması idarəetməyə çeviklik gətirir, resursların daha effektiv bölüşdürülməsini təmin edir və təhsil sistemində strateji düşüncəni gücləndirir. Peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması uzunmüddətli perspektivdə həm tələbə qəbul planlamasının, həm də əmək bazarı ilə uyğunluğun daha yaxşı təmin olunmasına imkan verəcək. Hesab edirəm ki, bu dəyişiklik Agentliyin ləğvini deyil, peşə təhsilinin daha güclü, daha sistemli və daha koordinasiyalı idarə olunması üçün strukturun təkmilləşdirilməsini göstərir. Bu, ölkədə peşə təhsilinin sürətli inkişaf tempinə adekvat cavabdır və müasir təhsil idarəetmə modelləri ilə tam uyğundur”.

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Şəhid ailələri və əlilliyi olan şəxslərə ŞAD XƏBƏR
Next: “Zəngəzur dəhlizi” çərçivəsində Ermənistan sərhədi boyunca 188 kilometrlik yeni dəmir yolu çəkilir

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.