Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 6
  • Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı

admin 06 Dekabr 2025 3 minutes read
esas
PAYLAŞIN:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Paraqraf.com xəbər verir ki, mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”.

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait təmin edilib.

ADAU-nun rektoru Zəfər Qurbanov yeni açılan Azərbaycan İnnovasiya Mərkəzinin regional innovasiyanın inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb: “Bu Mərkəz yalnız ADAU deyil, Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri olmaqla, bütün Gəncə gəncləri üçün açıqdır. Bu bizim üçün prioritet məqsəddir”.

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait Innovation Hub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

Paraqraf.com 

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ
Next: Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

OXŞAR MÖVZULAR

5kBqRPMieEcY4zhldNoHpghU3knuXjRRcFEDkN57_1200

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

admin 22 Aprel 2026
goyn6dxMb0Wvqqb3YGVcD6R1FRx93F7jFXcBLkzc_1200

Azərbaycan və Çin arasında ikili diplom proqramları müzakirə olunub

admin 21 Aprel 2026
ae12b97f-5874-3129-a15f-741086b21978_1200

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

admin 19 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.