Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/ADDA və GIZ arasında əməkdaşlıq genişləndirilir
ELM VƏ TƏHSİL

ADDA və GIZ arasında əməkdaşlıq genişləndirilir

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev və ADDA nümayəndələrinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ölkə üzrə yerli nümayəndəsi və insan resursları üzrə direktoru Mehriban Amirova və rəqəmsallaşma üzrə layihə rəhbəri Bahar Arabova ilə görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, görüşdə GIZ-in Bakı ofisi ilə yeni əməkdaşlıq istiqamətləri, xüsusilə rəqəmsal təhsil və idarəetmə sahələrində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə edilib.

Tədbirdə çıxış edən Eldar Qocayev ADDA-da tədris və idarəetmə proseslərinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan strateji hədəflər barədə GIZ nümayəndələrinə məlumat verib. O, akademiyada rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir idarəetmə alətlərinin tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından GIZ ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş çərçivəsində rəqəmsal tədris platformalarının təkmilləşdirilməsi, yeni texnoloji həllərin tətbiqi, eləcə də ADDA-nın idarəetməsinin innovasiyalaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Tərəflər birgə fəaliyyətlərin davamlı və effektiv şəkildə həyata keçirilməsi üçün növbəti addımlar və koordinasiya mexanizmləri barədə razılığa gəliblər.

Görüşdən sonra GIZ nümayəndələri ADDA-nın tədris və texniki infrastrukturu ilə yaxından tanış olaraq, mövcud imkanların nəzərdə tutulan layihələr üçün geniş potensial yaratdığını qeyd ediblər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur

Next

Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulub

Copyright 2026— Praqraf.com. All rights reserved