PAYLAŞIN:

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur.

Paraqraf.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton-2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik ali təhsil müəssisələrində İT sahəli ixtisasların artırılmasına xüsusi diqqət yetirir:

“Azərbaycanın aparıcı universitetlərində bu ixtisasa artıq böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı ölkənin iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq”.

Nazir müavini həmçinin 2000-2022-ci illər strategiyasına əsasən xeyli sayda məktəbin internet və kompüterlə təmin olunmasını vacib dəyişikliklər adlandırıb:

“Bu gün Azərbaycan məktəblərində kompüter, internet problemi yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu da bizə böyük kömək edir”.

Paraqraf.com 

Loading