PAYLAŞIN:

Mədəniyyət naziri Adil Kərimli dekabrın 19-u saat 10:00-da Ucarda vətəndaşları qəbul edəcək.

Paraqraf.com xəbər verir ki, nazirlikdən məlumat verilib.

A.Kərimli Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar 2025-ci il dekabrın 15-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Paraqraf.com 

Loading