PAYLAŞIN:

“Bugatti” zavodunda “Bolide” hiperkarının son nümunəsi yığılıb.

Paraqraf.com auto.ru-ya istinadən xəbər verir ki, modelin sayı 40 ədədlə məhdudlaşıb. 1600 at gücünə malik W16 mühərriki olan bütün avtomobillər rəsmi premyeradan əvvəl satılıb.

“Bolide” 2023-cü ilin yayında Qudvud Sürət Festivalında ictimaiyyətə təqdim olunub. Hiperkar saatda 380 km maksimal sürətə çatır.

Avtomobilin satış qiyməti açıqlanmasa da, mütəxəssislər onun dəyərini ilkin olaraq 6 milyon dollar səviyyəsində qiymətləndirirlər.

Paraqraf.com

Loading