Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycan Dövlət Aqrar Universiteti Gürcüstanın ali təhsil ocaqları ilə əməkdaşlığı gücləndirəcək
ELM VƏ TƏHSİL

Azərbaycan Dövlət Aqrar Universiteti Gürcüstanın ali təhsil ocaqları ilə əməkdaşlığı gücləndirəcək

27 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Paraqraf.com bu barədə nazirliyə istinadən xəbər verir.

Gürcüstanda rəsmi səfərdə olan nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Tərəflər iki ölkədə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsi imkanları, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini, bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın analoji ali təhsil müəssisələri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməsinin, birgə elmi-praktik konfransların təşkili, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığın təkmilləşdirmək məqsədilə tələbə və müəllim mübadiləsinin aparılmasının, Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının vacibliyini vurğulayıblar.

M.Məmmədov bu ölkənin parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə də görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu sahədə mövcud əməkdaşlığı tənzimləyən qanunların və beynəlxalq müqavilələrin daha effektiv işləməsini təmin etmək məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu aqrar sektora dair qarşılıqlı münasibətlərin hüquqi çərçivəsini təmin edir, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı yaradılacaq birgə İşçi Qrup bu əməkdaşlığı daha da irəli aparmağa imkan verəcək. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərə qarşı birgə mübarizənin təşkil edilməsi, bu sahədə müntəzəm məlumat mübadiləsinin aparılması, elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlıq və digər məsələləri dəstəkləyəcək qanunvericilik bazasının təkmilləşdirilməsi mövzuları geniş müzakirə olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qvineya-Bisaunun keçid dövrü prezidenti and içib

Next

Azərbaycanda icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb

Copyright 2026— Praqraf.com. All rights reserved