Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Honkonqda çikunqunya qızdırmasına tutulanların ümumi sayı 70 nəfərə çatıb
DÜNYA

Honkonqda çikunqunya qızdırmasına tutulanların ümumi sayı 70 nəfərə çatıb

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Honkonqda çikunqunya qızdırmasına yoluxmuş daha iki nəfər qeydə alınıb. Bununla da 2025-ci ildə burada sözügedən qızdırmaya yoluxanların ümumi sayı 70 nəfərə çatıb.

Paraqraf.com xəbər evrir ki, bu barədə məlumatı TASS yayıb.

Yerli səhiyyə mərkəzinin məlumatına görə, bu rəqəm əvvəlki illər ərzində qeydə alınmış yoluxma faktlarının ümumi sayından təqribən üç dəfə çoxdur.

“Çikunqunya qızdırmasına Honkonqun hüdudlarından kənardan gətirilmiş daha iki yoluxma faktı qeydə alınıb. Bir kişi və bir qadın Çinin materik hissəsinə səfər zamanı bu xəstəliyə yoluxublar. Bununla da ilin əvvəlindən şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 70-ə çatıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, tibdə bu virusa qarşı nə dərman, nə də peyvənd mövcuddur. Onun inkubasiya dövrü adətən 3-12 gün çəkir. Xəstəliyin başlanğıcı həmişə qəfil olur – temperatur kəskin şəkildə yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgi əmələ gəlir. Xəstəliyin daşıyıcıları “Aedes aegypti” və “Aedes albopictus” ağcaqanadlarıdır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran kəşfiyyatından Xameneiyə qarşı sui-qəsd xəbərdarlığı

Next

Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir

Copyright 2026— Praqraf.com. All rights reserved