Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Karni ABŞ-nin sülh planı üzrə Zelenski ilə danışıqlar aparıldığını açıqlayıb
DÜNYA

Karni ABŞ-nin sülh planı üzrə Zelenski ilə danışıqlar aparıldığını açıqlayıb

23 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Kanadanın Baş naziri Mark Karni bildirib ki, bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. Bu, ABŞ tərəfindən təklif olunan sülh planının müzakirəsi üçün tərəfdaş ölkələrin təhlükəsizlik üzrə müşavirlərin bu gün Cenevrədə keçirilən görüşü fonunda baş tutacaq.

“Paraqraf.com”un “Reuters” a istinadən məlumatına görə, Kanada Baş naziri bunu Yohannesburqda keçirilən G20 sammitində jurnalistlərə açıqlamasında deyib.

Karninin sözlərinə görə, Avropa və digər Qərb liderleri 28 bənddən ibarət planı gələcək işlər üçün əsas kimi qiymətləndirirlər.

“Onların ümumi mövqeyi şənbə günü Vaşinqtona çatdırılıb. Sonrakı işlər milli təhlükəsizlik üzrə müşavirlərimiz tərəfindən həyata keçirilir. Mən bu məsələ ilə bağlı bəzi məqamları aydınlaşdırmaq üçün günün sonunda prezident Zelenski ilə danışacağam”, – deyə o bildirib.

Karni həmçinin sülh planına münasibətini də açıqlayıb: “Bizə 1-ci bənd xoşdur. Ukraynanın suveren dövlət kimi tanınması yaxşı başlanğıcdır”.

O əlavə edib ki, bazar günü Cenevrədə bir sıra digər məsələlər müzakirə olunacaq və nəticələr Vaşinqtona təqdim ediləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Next

Azərbaycan Braziliya Ciu-Citsu Klubları Arasında Açıq Çempionata Start Verildi

Copyright 2026— Praqraf.com. All rights reserved