Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/AVP-də saxta sənəd qalmaqalı: İdarə Heyətinin legitimliyi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib
MANŞETSİYASƏT

AVP-də saxta sənəd qalmaqalı: İdarə Heyətinin legitimliyi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

05 noyabr 2025-ci il tarixində sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycan Vətənpərvərlər Partiyasının (AVP) guya həmin gün iclas keçirməsi və 12 rayon təşkilatının sədrinin, eləcə də ümumilikdə təşkilatların fəaliyyətinə xitam verilməsi barədə sənəd yayılıb. Lakin partiya üzvləri bu sənədin saxta olduğunu bildiriblər.

Paraqraf.com-un məlumatına görə, fəaliyyətinə “xitam verildiyi” iddia olunan rayon təşkilatlarının bir qrup sədri 2023-cü ildən sonra İdarə Heyəti tərəfindən qəbul olunan qərarların legitimliyinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinə rəsmi müraciət edib. Eyni zamanda 2024-cü ildə sədr müavini təyin edilən Günay Ağamalının təyinatının legitimliyi ilə bağlı rəy verilməsi də Nazirlikdən xahiş olunub.

Partiya daxilində yaranmış mübahisələrlə bağlı rayon təşkilatlarının rəhbərləri yaxın günlərdə məhkəməyə də müraciət etməyə hazırlaşırlar.

Şikayətçilər bildirirlər ki, partiyada yaranmış böhranı dialoq yolu ilə həll etmək cəhdləri nəticəsiz qalıb və bu səbəbdən hüquqi müstəviyə müraciət etmək məcburiyyətində qalıblar.

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Taleh Kazımov: “Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır”

Next

Sumqayıt şəhərində sabah 30 min abonentin suyu kəsiləcək

Copyright 2026— Praqraf.com. All rights reserved