Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Əliyevlə Zelenski telefonla danışdı – YENİLƏNİB
SİYASƏT

Əliyevlə Zelenski telefonla danışdı – YENİLƏNİB

14 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Volodimir Zelenski arasında telefon danışığı olub.

Paraqraf.com xəbər verir ki, bu barədə V.Zelenski “X” hesabında paylaşım edib.

Ukrayna lideri paylaşımında İlham Əliyevin Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verdiyini diqqətə çatdırıb: “İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib”.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti telefon danışığı ilə bağlı məlumat yayıb.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

Dövlət başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı metrosu yarım milyonluq məsləhət alacaq: “Metro İstanbul A.Ş.”dən

Next

Rusiyanın təxribatı böyüyür: Yeni həmləyə keçdilər – TƏFƏRRÜAT

Copyright 2026— Praqraf.com. All rights reserved