Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycan-NATO əməkdaşlığı İranı niyə qorxuya salıb?
MANŞETSİYASƏT

Azərbaycan-NATO əməkdaşlığı İranı niyə qorxuya salıb?

14 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ötən həftə NATO-nun geniştərkibli nümayəndə heyətinin Azərbaycana səfəri və alyans təmsilçilərinin Prezident İlham Əliyev ilə görüşü İranda açıq ifadə olunan təlaş və qorxu ilə qarşılanıb.

Paraqraf.com “Azad İran”a istinadən xəbər verir ki, bununla bağlı mediada yayılan təhlillərdə Azərbaycan-NATO əməkdaşlığının inkişafı İran üçün təhdid kimi dəyərləndirilib, bəzi hallarda isə bu əməkdaşlığın guya birbaşa İrana qarşı yönəldiyi vurğulanıb.

Məsələnin İranda doğurduğu təşvişin miqyasını göstərən faktlardan biri də budur ki, səfərdən bir həftədən də artıq vaxt keçməsinə baxmayaraq, İran mətbuatında bu mövzuya həsr olunmuş yazıların ardı-arası kəsilmir.

Məsələn, elə dünən bilavasitə İran hakimiyyətinə bağlı “Cam-e Cəm” qəzeti “Bakının NATO oyunu” başlıqlı geniş məqalə dərc edib. Məqalənin əsas tezisini açıq şəkildə ifadə edən ikinci başlığı isə belədir: “Qərb Azərbaycan Respublikasını İran və Rusiya əleyhinə Qafqaz regionuna nüfuz etmək vasitəsinə çevirməyə çalışır”.

NATO nümayəndə heyətinin Azərbaycana səfəri məqalədə məhz bu kontekstdə dəyərləndirilir: “Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Bakıda NATO-nun nümayəndə heyəti üçün möhtəşəm qırmızı xalça döşəyib. Onun məqsədi Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkənin ordusunun imkanlarını artırmaq və strukturunu modernləşdirməkdir. Sovet dövründən qalma silahların və təlimlərin Avropa-Amerika modelləri ilə əvəzlənməsi prosesi artıq başlayıb”, – deyə məqalədə vurğulanır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş

Next

“Bitcoin”in qiyməti 95 min dolların altına düşdü

Copyright 2026— Praqraf.com. All rights reserved