Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/İcra başçıları nə qədər maaş alır? – SİYAHI
CƏMİYYƏTMANŞET

İcra başçıları nə qədər maaş alır? – SİYAHI

13 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“İcra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı – 7650 manat. 

Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.

Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)

Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)

Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.) 

Bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də YAP-a üzvlük haqqı tutulur”. 

Paraqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

Bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir:

“Məsələn, 2022-ci ilə qədər Bakı şəhəri İcra Başçısının maaşı cəmi 3060 manat idi. 

Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!”

Ekspert bildirib ki, Azərbaycanda icra başçıları instutu köhnəlib:

“Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə, məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər, mərkəzdən gələn qeyri-qanuni tapşırıqları deyil də, seçicinin gözləntilərini yerinə yetirsinlər…”

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident Özbəkistan mediasına müsahibə verib – TAM MƏTN

Next

Əvvəl aliment ödənilir, yoxsa kredit? – Çox verilən suala CAVAB

Copyright 2026— Praqraf.com. All rights reserved