PAYLAŞIN:

Cari il noyabrın 1-nə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 884 min 656 olub.

Paraqraf.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, təkcə oktyabr ayı ərzində əmək müqavilələrinin sayında 16.1 min artım müşahidə olunub.

Ümumi əmək müqavilələrinin 54.2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.

Paraqraf.com

Loading