Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Komitə: “Uşaqların dilənçiliyə cəlb edilməsi istismar formasıdır”
CƏMİYYƏTMANŞETÖZƏL

Komitə: “Uşaqların dilənçiliyə cəlb edilməsi istismar formasıdır”

12 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ölkəmizin bəzi şəhər, rayon və bölgələrində azyaşlı uşaqların dilənçiliklə məşğul olduğunun şahidi oluruq. Bu, həqiqətən də acınacaqlı haldır. Azyaşlı uşaq yayın istisində, qışın soyuğunda çöldə dilənir, bəlkə də kimlərinsə sərt sözlərini eşidir, xoşagəlməz rəftarla üz-üzə qalır. Halbuki həmin uşaq həmyaşıdları kimi bağçaya, məktəbə gedəcək yaşdadır. Lakin onu bu vəziyyətə vadar edən müəyyən səbəblər mövcuddur…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Paraqraf.com”a açıqlamasında bildirib ki, azyaşlı uşaqların dilənçiliyə cəlb olunması həm uşağın hüquqlarının pozulması, həm də istismar formasıdır:

“Bu kimi halların qarşısının alınması Komitənin daimi diqqət mərkəzindədir. Komitə bu istiqamətdə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələrlə birgə monitorinqlər aparır, uşaqların və ailələrin sosial vəziyyəti ilə bağlı araşdırmalar həyata keçirir. Aşkarlanan hallarda uşaqların təhlükəsizliyinin təmin olunması və onların sosial müdafiə sisteminə qaytarılması istiqamətində zəruri tədbirlər görülür.

Eyni zamanda, valideyn məsuliyyətinin artırılması, uşaqların təhsildən yayınmasının qarşısının alınması və sosial rifahın yaxşılaşdırılması məqsədilə maarifləndirici layihələr, eləcə də riskli ailələrlə fərdi işlər aparılır”.

Teymur Mərdanoğlu əlavə edib ki, bu problemin həlli yalnız inzibati tədbirlərlə deyil, həm də sosial dəstək, maarifləndirmə və ictimai məsuliyyətin gücləndirilməsi ilə mümkün olacaqdır.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sosial şəbəkələrdə azyaşlıların istismarında valideynlərin rolu nədir? – AÇIQLAMA

Next

Gürcü nazir hadisə yerindədir

Copyright 2026— Praqraf.com. All rights reserved