Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb
CƏMİYYƏT

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb

09 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin Nyu-York şəhəri meriyası 8 noyabr 2025-ci ilin Azərbaycan Respublikasının Zəfər Günü kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, sənəd Azərbaycan-Amerika Gənclər Federasiyasına (AAYF) ünvanlanıb.

Sənəddə şəhər meri Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və sevincinə şərik olduğunu bildirib.

Sənəddə qeyd olunur ki, AAYF mədəni mübadilə, gənclərin inkişafı və vətəndaş fəallığını təşviq edən, seminarlar, mentorluq təşəbbüsləri və şəbəkələşmə imkanları vasitəsilə azərbaycanlı gəncləri bir araya gətirən nüfuzlu gənclər təşkilatıdır. Federasiya Nyu-Yorkun beş inzibati dairəsində və ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərərək gənc azərbaycanlı amerikalılara dəstək olur.

Mətndə o da vurğulanır ki, AAYF, həmçinin ali təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq edərək tədris və qarşılıqlı öyrənmə üçün inklüziv mühitlər yaradır.

Nyu-York şəhərinin meri Erik Adams sertifikatda qeyd edib: “Azərbaycanlı Nyu-yorkluların inkişafına və hər kəs üçün daha parlaq gələcək qurmaq istiqamətindəki səylərinə görə AAYF-i alqışlayıram”.

Sənəd AAYF-nin prezidenti Leyla Aslanovaya təqdim olunub.

Xatırladaq ki, AAYF 2023-cü ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələr tərəfindən təsis edilib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mikayıl Cabbarov 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib

Next

“Xpeng” hava taksisini təqdim etdi

Copyright 2026— Praqraf.com. All rights reserved