Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 8
  • Günay Ağamalı: “Bu gün Şuşa şəhəri yenidən doğulur”

Günay Ağamalı: “Bu gün Şuşa şəhəri yenidən doğulur”

admin 08 Noyabr 2025 5 minutes read
914be9c9-cf1f-418c-a462-91795c49494b
PAYLAŞIN:

8 noyabr tarixini Azərbaycan xalqı Zəfər Günü kimi qeyd edir.

Azərbaycan Ordusu düz beş il əvvəl – 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Bu mübarizə 44 gün davam etdi və nəticədə Azərbaycan Ordusu böyük Qələbə qazandı. XX əsrin 90-cı illərində mənfur düşmənin işğalı altına düşən torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. Noyabrın 8-də isə rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu Qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında hər il 8 noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Paraqraf.com”a bildirib ki, 2020-ci ilin 8 noyabrında Azərbaycan tarixinin ən şərəfli və parlaq səhifələrindən biri yazıldı:


“Qorxmazlıq, şücaət və igidlik rəmzi olan Azərbaycan əsgəri, əcdadlarımızın şanlı qələbələrindən ilham alaraq Şuşa şəhərini erməni tapdağından, vandalizm və təcavüzkarlıqdan azad etdi. Şuşanın azadlığı sadəcə bir hərbi uğur deyil, bu, Ali Baş Komandan İlham Əliyevin siyasi zəkasının, Silahlı Qüvvələrimizin və xalqımızın əzminin, iradəsinin, milli birliyinin və ən əsası, tarixi ədaləti bərpa etmək gücünün və istəyinin möhtəşəm təcəssümüdür. Biz bu Qələbəni haqq edirdik və onu qazandıq.

Şuşa adı çəkiləndə, dünyanın harasında olursa-olsun, hər bir azərbaycanlının düşüncəsində və ruhunda əvəzsiz hisslər canlanır. Çünki Şuşa Qarabağımızın tacı, mədəniyyətimizin, musiqimizin, poeziyamızın beşiyidir”.

Deputat əlavə edib ki, bu əzəmətli torpaqda Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimi dahilər doğulub:

“Bu səbəbdən, Şuşanın azadlığı təkcə bir şəhərin deyil, bir xalqın ruhunun azadlığı idi. Belə bir məqamda cənab Prezident İlham Əliyevin dediyi ‘Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!’ nidası Qarabağ Zəfərinin simvolu kimi qiymətləndirilməlidir”.

Günay Ağamalı qeyd edib ki, Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sonrakı illərdə həyata keçirilən kompleks tədbirlər və çoxşaxəli fəaliyyət bu hədəfə addım-addım yaxınlaşmağa imkan yaradıb. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu.

Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin edildi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri nəticəsində güclü hərbi potensial formalaşdı. Artan iqtisadi və siyasi güc sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan 4 qətnaməsini özü yerinə yetirdi.

Rəşadətli Ordumuz, xüsusilə son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsil bu müqəddəs missiyanın həyata keçirilməsinə əvəzsiz töhfə verdi. Xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi, milli həmrəyliyin nümayişi Qələbənin əldə edilməsində mühüm rol oynadı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Müharibənin 44 günü ərzində rəşadətli Ordumuz dayanmadan, inamla Şuşaya doğru irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu 8 noyabrda reallığa çevrildi. Düşmənin “alınmaz qala” adlandırdığı Şuşa azad olundu, işğalçı ordu diz çökdü. Bununla Azərbaycan haqq savaşında ədalət və güc birliyini bütün dünyaya nümayiş etdirdi.

Deputat vurğulayıb ki, bu gün Şuşa şəhəri yenidən doğulur:

“Sakinlər öz doğma yurduna qayıdır, həyat canlanır. Eyni zamanda, cənab Prezident İlham Əliyevin düşünülmüş strategiyası nəticəsində Şuşa həm mədəniyyət, həm də siyasi beyin mərkəzi kimi şöhrət qazanır. Şuşanın azadlığı xalqımızın yaddaşında əbədi yazılan qürur səhifəsidir. Azərbaycan bu Qələbə ilə bütün dünyaya göstərdi ki, öz gələcəyini özü müəyyənləşdirir və heç bir qüvvə xalqın iradəsini sındıra bilməz”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 30 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ
Next: Bərdə rayonunda şəhid ailələlərinin üzvləri və qazilər tibbi müayinələrə cəlb olunub

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.