Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Razi Abbasbəyli: “Adam başına düşən gəlirlərin azalması bərpa və təhlükəsizlik xərcləri ilə bağlıdır”
İQTİSADİYYATMANŞETÖZƏL

Razi Abbasbəyli: “Adam başına düşən gəlirlərin azalması bərpa və təhlükəsizlik xərcləri ilə bağlıdır”

05 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda son illərdə adam başına düşən gəlirlərin azalması ictimai və iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu tendensiya dövlətin xərcləmə siyasətindəki prioritet dəyişikliklər, xüsusilə də müharibədən sonrakı bərpa və təhlükəsizlik məqsədli investisiyalarla sıx bağlıdır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Paraqraf.com-a açıqlamasında deyib ki,dövlətlərdə adam başına düşən gəlirlər, adətən, həmin ölkələrin investisiya hədəfləri, iqtisadi strategiyası və xərcləmə prioritetləri ilə sıx bağlı olur:

Bakıda dollardan imtina olundu

“Azərbaycanın vəziyyətinə nəzər yetirdikdə, son onilliklərdə əsas gəlir mənbələrinin daha çox hərbi sahəyə yönəldildiyini görürük. Xüsusilə 2020-ci ildən sonra torpaqlarımız işğaldan azad edildikdə dövlətin əsas xərcləri bərpa, yenidənqurma və abadlıq istiqamətlərində cəmləşdi.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri üçün dövlət büdcəsindən böyük vəsaitlər ayrılmağa başladı. Bununla yanaşı, ordunun modernləşdirilməsi, müasir silahlarla təchizatı və hərbi infrastrukturun qurulması da büdcəyə ciddi yük saldı. Bu səbəbdən sosial yönümlü xərclərdə müəyyən azalma müşahidə olundu. Nəticədə bu amillər adam başına düşən gəlirlərin azalmasına təsir göstərdi”.

Ekspertin sözlərinə görə, ixrac yönümlü iqtisadiyyatlara malik ölkələrdə adambaşına düşən gəlirlər daha yüksək olur:


“Azərbaycan neft və qaz sənayesindən başqa, demək olar ki, əksər istehlak mallarını idxal edir. Bu da daxili iqtisadiyyatda əlavə dəyərin zəif formalaşmasına səbəb olur. Son illərdə qeyri-neft sektorunda müəyyən irəliləyişlər müşahidə olunsa da, hələlik bu, ümumi gəlirlərə nəzərəçarpacaq təsir göstərməyib. Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında adam başına düşən gəlir baxımından son sıradadır”.

Bununla belə, Razi Abbasbəyli gələcək üçün nikbin proqnozlar da verir:


“Şərqi Zəngəzur və Qarabağda iqtisadi fəallığın artması, istehsal və xidmət sektorlarının inkişafı, turizmin və kənd təsərrüfatının dirçəldilməsi fonunda yaxın illərdə həm ümumi daxili məhsulda, həm də adambaşına gəlirlərdə artım gözlənilir. Hazırkı aşağı səviyyə isə əsasən müharibədən sonrakı dövrün bərpa və təhlükəsizlik xərcləri ilə bağlıdır”.

Cəfərova Validə

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı – Video

Next

“Qarabağ”ın U-19 komandası da “Çelsi” ilə qarşılaşır

Copyright 2026— Praqraf.com. All rights reserved