Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Vatsapda dələduzluq halları artıb – Xəbərdarlıq
CƏMİYYƏT

Vatsapda dələduzluq halları artıb – Xəbərdarlıq

04 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Son günlər vatsap istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.

Paraqraf.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşdığı halda, onun vatsap hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

ETX vətəndaşlara vatsap hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.

* ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.

* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.

* ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.

* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.

* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yenidən İrəvana getdi

Next

Bu ərazilərdə 1 saat işıq olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved