Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi
HADİSƏ

Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi

29 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Kürdəmir rayonunda hərbi xidmətdən qayıdan gənc 13 yaşlı qıza təcavüz edib.

Paraqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 2024-cü ildə baş verib. Kürdəmir rayon sakini, 2004-cü il təvəllüdlü Fəhmin Azadov (adı və soyadı şərtidir) hərbi xidmətdən qayıdıb. Ailə üzvləri onun gəlişi ilə əlaqədər evdə mərasim təşkil ediblər. Məclisə Fəhminin anasının rəfiqəsi də 2011-ci il təvəllüdlü nəvəsi G.C. ilə birlikdə qatılıb. G.C. məclisdən sonra nənəsi ilə birlikdə Fəhmingildə qalıb və həmin vaxt qızla oğlanın münasibəti yaranıb. G.C. evlərinə qayıdandan sonra da Fəhminlə əlaqə saxlamaq istəyib. O bu məqsədlə xalası oğlundan Fəhminin nömrəsini alıb və onunla yazışmağa başlayıb. Nəticədə Fəhminlə 13 yaşlı qız arasında sevgi münasibətləri başlayıb.

Bir müddətdən sonra Fəhmin qıza cinsi əlaqədə olmağı təklif edib. Qız Fəhminlə razılaşıb və oğlan görüşmək üçün onlara gəlib. Fəhmin həyətə daxil olaraq, G.C.-ni bağçaya çağırıb və onlar bağçada qucaqlaşıb-öpüşüblər.

Hadisədən bir müddət sonra Fəhmin spirtli içki alaraq, yenidən qızgilə gəlib. Onlar evdə həmin içkidən qəbul edərək cinsi əlaqədə olublar. Bundan sonra cütlük daha iki dəfə əlaqədə olub.

Hadisədən bir müddət sonra məlum olub ki, qız hamilədir. G.C. bu barədə anasına deyib və birlikdə yoxlanış üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına gediblər. Məlum olub ki, G.C. artıq 21 həftəlik hamilədir.

Məsələ ilə bağlı Fəhminə məlumat verilsə də, oğlan bundan boyun qaçırıb.

Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlə F.Azadov saxlanılaraq istintaqa təhvil verilib. Məhkəmənin hökmü ilə F.Azadov barədə 3 ay həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə G.C. təqsirləndirilən şəxsi sevdiyini bildirib və ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə F.Azadov 6 il azadlıqdan məhrum edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi

Next

Pakistanın baş naziri Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved