Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Mən ona şantajla heç nə aldırmamışam”: Tiktoker “Bəniz” məhkəmədə üsyan etdi
CƏMİYYƏTHADİSƏ

“Mən ona şantajla heç nə aldırmamışam”: Tiktoker “Bəniz” məhkəmədə üsyan etdi

28 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Paraqraf.com Lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək ittiham aktını məhkəməyə elan edib.

A. Xəlilova ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyib:

“İstintaq müddətində müstəntiq məni dinləmədi. Ev mənim öz aldığım evdir. O insan Bakıda almağı təklif etdi, o səbəbdən işinə görə köçməli olduq. Bizim aramızda şantaj və hədə deyilən heç nə olmayıb. Üzümə şahid kimi durdurulan İbadulla və Şöhrətin verdikləri ifadədən belə xəbəri yoxdur, bunlar təzyiqlə alınan ifadələr olublar. Biz oktyabrda ayrılmışıq, noyabrda məndən şikayət edib. Onun məni şantaj etməsinə heç bir əsas olmayıb. Bütün bunları ona təzyiqlə elətdiriblər. Mən ona hədə-qorxu ilə heç nə aldırmamışam, özəl günlərimdə özünün mənə aldığı hədiyyələr olub”.

Məhkəmə növbəti prosesi 18 noyabr saat 16:30-a təyin edib.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb.

A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Suriya nümayəndə heyəti Rusiyadadır: Məqsəd nədir?

Next

Azərbaycanda yeni sort hibrid və cinslər Dövlət Reyestrinə daxil edilib

Copyright 2026— Praqraf.com. All rights reserved