Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Əmlak vergisi kimlərin cibini doldurur? – Elektron sistemsizlik milyonları “yeyir”” – Ekspert açıqladı
CƏMİYYƏTMANŞETÖZƏL

“Əmlak vergisi kimlərin cibini doldurur? – Elektron sistemsizlik milyonları “yeyir”” – Ekspert açıqladı

28 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda bələdiyyə institutunun əsas məqsədi yerli özünüidarəetməni təmin etmək, əhalidən toplanan vergilər hesabına sosial və infrastruktur layihələrini həyata keçirməkdir. Lakin bu gün ölkə ərazisində bələdiyyələrin fəaliyyətində ciddi idarəetmə və nəzarət boşluqları müşahidə olunur. Ən böyük problem isə bələdiyyə vergilərinin – xüsusilə də əmlak vergisinin – toplanması və uçotunun rəqəmsal sistemə inteqrasiya edilməməsidir.

Bu məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Paraqraf.com-a bildirib ki, bələdiyyələrin elektron hökumət sisteminə qoşulmaması nəticəsində hər il milyonlarla manat vergidən yayınma baş verir:

Bakıda dollardan imtina olundu
“Əslində qanunvericilikdə bələdiyyə vergiləri açıq şəkildə müəyyən olunub. Lakin bu vergilərin toplanması və elektron nəzarət mexanizminin olmaması yerli səviyyədə xaos yaradır. Nəticədə toplanan vəsaitlərin bir hissəsi şəffaf uçota düşmür, büdcəyə yönəlmir və bu, sistemli korrupsiya üçün zəmin yaradır,” – deyə ekspert vurğulayır.

 

Razi Abbasbəylinin sözlərinə görə, problem təkcə vergi toplanmasında deyil, həm də daşınmaz əmlakın alqı-satqısı zamanı özünü göstərir:

“Məsələn, bir vətəndaş ipoteka ilə mənzil alarkən bütün kommunal borclar – su, işıq, qaz, internet – ödənilmədən müqavilə rəsmiləşdirilə bilməz. Amma bələdiyyəyə ödənilməli olan əmlak vergiləri sistemdə görünmədiyinə görə banklar bunu tələb edə bilmir. Nəticədə köhnə borclar yeni ev sahibinin üzərinə düşür və bu, hüquqi qarışıqlığa səbəb olur”.

Ekspert hesab edir ki, bu vəziyyətin əsas “uduzanı” dövlət və vətəndaşlardır, “udananları” isə bələdiyyə rəhbərləri və yerli icra nümayəndələri təşkil edir:

“Çünki vergilər nağd yığılır, lakin çox zaman uçot sisteminə daxil edilmir. Bu isə o deməkdir ki, əmlak vergisindən toplanan vəsaitlərin böyük hissəsi nə dövlət büdcəsinə gedir, nə də yerli icraata sərf olunur. Faktiki olaraq bu vəsaitlər qeyri-rəsmi şəkildə mənimsənilir”.

Razi Abbasbəylinin fikrincə, problemin həlli üçün bələdiyyələrin tam şəkildə elektron hökumət sisteminə inteqrasiyası, vergi uçotunun mərkəzləşdirilməsi və onlayn ödəniş mexanizmlərinin yaradılması zəruridir.

“Əgər bu addımlar atılmasa, bələdiyyə institutları illərlə formal qurum kimi qalacaq, yerli səviyyədə isə şəffaflıqdan danışmaq mənasız olacaq,” – deyə iqtisadçı yekunlaşdırır.

 

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mehdiyevin “əlliliyi” və ya siyahıda olanlar

Next

600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb.

Copyright 2026— Praqraf.com. All rights reserved