Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Uşaq hüquqlarının qorunması: qanun var, icra lazımdır”
MANŞETÖZƏL

“Uşaq hüquqlarının qorunması: qanun var, icra lazımdır”

07 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Müasir dövrdə uşaqların hüquqlarının pozulması hələ də ciddi sosial problem olaraq qalmaqdadır.

“Paraqraf.com” xəbər verir ki, fiziki və psixoloji zorakılıq, təhsildən yayınma, erkən yaşda əmək və ailə zorakılığı kimi hallar bir çox ölkədə, o cümlədən Azərbaycanda da uşaqların rifahına mənfi təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, uşaqların hüquqlarının qorunması yalnız qanunların mövcudluğu ilə deyil, həm də onların icrası və ictimai nəzarətlə təmin olunmalıdır. Məktəblərdə, ailədə və ictimai yerlərdə baş verən hüquq pozuntuları uşaqların psixoloji, sosial və emosional inkişafına əngəl törədir.

Təəssüf ki, bəzi hallarda valideynlərin və təhsil müəssisələrinin məsuliyyətsiz yanaşması uşaqların təhlükəsizliyinə və azad inkişafına mane olur. Bu səbəbdən müvafiq qurumlar və ictimaiyyət bu cür halların qarşısını almaq üçün həmrəy şəkildə hərəkət etməlidir.

Azərbaycanda ümumitəhsil müəssisələrində uşaq hüquqlarının qorunması məsələsi barədə təhsil eksperti Məzahir Məmmədli “Paraqraf.com”-a açıqlamasında bildirib ki, uşaqların hüquqları məktəblərdə hüquqi və etik çərçivədə qorunur:

“Ümumtəhsil müəssisələrində şagirdlərin hüquqları həm beynəlxalq konvensiyalara, həm də “Məktəb-şagird hüquqları” adlanan qanuna uyğun şəkildə tənzimlənir. Digər tərəfdən, Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlərin etik davranış qaydaları haqqında yenilənmiş sənəd hazırlanıb. Bu qaydalar artıq bu ildən etibarən bütün məktəblərdə tətbiq olunmağa başlayıb və həmin çərçivədə uşaqların hüquqları qorunur”.

Ekspertin sözlərinə görə, bu çərçivədə həm şagirdlərin öhdəlikləri, həm də təhsil verənlərin onlara qarşı məsuliyyətləri əhatə olunur:

“Digər bir vacib məqam isə Elm və Təhsil Nazirliyinin nəzdində uşaqlarla işləyən xüsusi bir şöbənin fəaliyyət göstərməsidir. Bildiyimə görə, bu şöbə pilot layihə çərçivəsində təxminən 50-60 məktəbdə xüsusi nümayəndəliklər təsis edib. Əvvəllər “Məktəblinin dostu” kimi tanınan layihə indi bu formada dəyişdirilərək uşaqların hüquqi və psixoloji müdafiəsi ilə məşğul olacaq. Məktəblərdə uşaqların hüquqlarının ümumi qorunması bu kimi mexanizmlərlə təmin edilir”.

Ləman
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qızıl Payızın Gözəllikləri

Next

Yenilənə bilən enerji 2025-ci ildə ilk dəfə kömürü geridə qoydu – “Tarixi dönüş nöqtəsi”

Copyright 2026— Praqraf.com. All rights reserved