Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu keçirilib
CƏMİYYƏTELM VƏ TƏHSİL

Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu keçirilib

06 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

5 oktyabr 2025-ci il tarixində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) təşkilatçılığı ilə Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu keçirilib. Tədbirdə rəsmilər, təhsil ekspertləri, QHT rəhbərləri, müxtəlif bölgələrdən olan müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Forumun açılışında TİHA-nın sədri Əmrah Həsənli çıxış edərək tədbir iştirakçılarını Müəllimlər Günü münasibətilə təbrik edib. O, çıxışında Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi ardıcıl islahatların Azərbaycan təhsil sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə, uşaqlara və müəllimlərin rifahına göstərdiyi diqqət və qayğının xüsusi önəm daşıdığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxış edərək müəllim peşəsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Millət vəkili ölkədə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Tədbirdə tanınmış sənətçilərin çıxışları, musiqi nömrələri də yer alıb.
Forum Azərbaycan müəlliminin zəhmətinə, fədakarlığına və həmrəyliyinə dərin hörmətin təcəssümü olaraq musiqili proqramla yekunlaşıb.


Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda yeni avtomobil yolunun inşasından FOTO

Next

Uşaqlarda Nitq Gecikməsi: Səbəblər, Təsirlər və Vaxtında Müdaxilənin Əhəmiyyəti

Copyright 2026— Praqraf.com. All rights reserved