Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tbilisidə son vəziyyət necədir?
DÜNYA

Tbilisidə son vəziyyət necədir?

06 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın paytaxtı Tbilisidə dünən axşam da hökumət əleyhinə aksiya təşkil edilib.

Paraqraf.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə parlamentinin yaxınlığında Rustaveli prospektini bağlayıblar.

Gürcüstan prezidentinin iqamətgahının qarşısında isə xüsusi təyinatlı dəstələr patrul xidməti aparıb.

Aksiya oktyabrın 4-də baş verən iğtişaşlarla müqayisədə sakit şəkildə baş tutub.

Ölkənin Daxili İşlər Nazirliyi isə yaydığı məlumatda bildirib ki, yaxın günlərdə keçirilən istənilən toplantı oktyabrın 4-ü baş verən iğtişaş və hökumətin devrilməsinə cəhdin davamı kimi qiymətləndiriləcək: “İctimai asayiş və təhlükəsizliyə təhdidin qarşısının alınması üçün müvafiq tədbirlər görəcəyik”.

Bu gün səhər isə Gürcüstan paytaxtında vəziyyətin stabil olduğu müşahidə edilir.

Xatırladaq ki, oktyabrın 4-də Tbilisidə etiraz aksiyası keçirilib. Etirazçılar bu zaman Prezident Sarayına daxil olmağa cəhd ediblər. İnsident zamanı 14 polis xəsarət alıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Baş nazirdən əmək pensiyaları ilə bağlı – Qərar

Next

“Neftçi”nin sabiq üzvü ata oldu – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved