31 Okt 2026, Şb

Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişiklik

PAYLAŞIN:

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilir.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Paraqraf.com

Loading