Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Gəncəyə ikinci raket hücumundan beş il ötür
MANŞET

Gəncəyə ikinci raket hücumundan beş il ötür

05 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün Vətən müharibəsi zamanı Gəncəyə ermənilərin ikinci raket hücumundan beş il keçir.

Paraqraf.com xatırladır ki, 2020-ci il oktyabr ayının 5-də Gəncənin raket atəşinə tutulması barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaymışdı.

Saat 21 radələrində Ermənistan ərazisindən atılan raket Gəncənin “Grand Qafqaz” Ticarət Kompleksinin yaxınlığına düşdüyü üçün partlayışın təsirindən bina tamamilə yararsız hala düşür.

 

 

Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb. Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda bağçada uşaq xəsarət alıb, təcili yardım çağırılmayıb – Video

Next

İsrail yenidən Qəzzaya zərbələr endirdi – Ölənlər var

Copyright 2026— Praqraf.com. All rights reserved