Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Müəllimlər günü
ELM VƏ TƏHSİLÖZƏL

Müəllimlər günü

05 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Səhər məktəbin həyətindən gələn uşaq səs-küyü, açılan kitabların qoxusu… Hər biri bir adla başlayır – müəllim.

Müəllimlik dünya üzrə mövcud olan bir peşədir. Hər birimizin həyatına iz qoyan, müəllim sözü gələndə xatirələrini folduran biri vardır. Kiminsə təmkinli səsi, kiminsə sərt, amma ədalətli baxışı, kiminsə isə sadəcə bir cümləsi illərlə qulağımızda səslənir. Bəzən elə bir cümlə olur ki, bütün həyatımıza çıraq olur.

Müəllimlik sadəcə bir peşə deyil. Bu, zamanla yarışan bir missiyadır.

Texnologiya dəyişir, dərslər onlayn olur, kitablar elektron formaya keçir, amma müəllimin səsi, baxışı, diqqəti hələ də hər bir uşağın gələcəyini formalaşdırır.

İllər keçir, sinif otaqları dəyişir, amma müəllimin qoyduğu iz silinmir. Çünki o iz kitabda yox, ürəklərdə qalır.

Bu gün, 5 oktyabrda, bəlkə də bir çoxumuzun müəllimi artıq məktəbdə deyil. Bəziləri təqaüddədir, bəziləri başqa şəhərdə, bəziləri isə artıq bu dünyada yoxdur. Amma onların öyrətdikləri hələ də yaşayır hər düzgün qərarımızda, hər ədalətli davranışımızda, hər bir yazdığımız sözün içində.

Müəllimlik görünməz qəhrəmanlıqdır.

Bir şam kimi yanıb başqalarına işıq vermək, hər səhər eyni səbir və eyni sevgi ilə sinfə girmək, hər fərqli uşaqda bir gələcək görə bilmək.

Bəli, Müəllimlər Günü bir təqvim tarixidir. Amma hər gün, bir müəllimin nəsə öyrətdiyi, bir uşağın “başa düşdüm, müəllim!” dediyi andır əsl bayram.

Əziz müəllimlər, siz yalnız dərs öyrətmirsiniz siz insan olmağı öyrədirsiniz.

Bütün çətinliklərə, yorğunluğa və bəzən dəyərləndirilməməyə baxmayaraq, siz bu dünyanın ən dəyərli işini görürsünüz.

Zaman səni dəyişə bilmədi, texnologiya səni əvəz edə bilmədi. Çünki hər insanın hekayəsi bir müəllimlə başlayır. Müəllimlər gününüz mübarək. Zaman səni dəyişə bilmədi, texnologiya səni əvəz edə bilmədi. Çünki hər insanın hekayəsi bir müəllimlə başlayır.

Müəllimlər gününüz mübarək.

N.Mehdiyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əmrah Həsənli: Müəllim bütün peşələrin gözüdür

Next

Üçüncü dəfə Tbilisinin meri olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved