Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • Müasir insanın ən böyük problemlərindən biri də keyfiyyətli yuxu çatışmazlığıdır.

Müasir insanın ən böyük problemlərindən biri də keyfiyyətli yuxu çatışmazlığıdır.

admin 02 Oktyabr 2025 5 minutes read
cfad4be4-6738-4618-a2ba-de6395d49135
PAYLAŞIN:

Gərgin iş rejimi, davamlı stress və texnologiyanın mavi işığı bədənimizin ən təməl bərpa mexanizmini – yuxunu pozur. Lakin əksəriyyətimizin sadəcə “yorğunluğu atmaq” kimi baxdığı bu proses, əslində, zehni və ruhani inkişaf üçün ən güclü vasitədir.

Yuxular aləmi haqqında “Paraqraf.com”-a danışan ölkədə ilk oneyromant (insanların yuxularını psixoloji cəhətdən analiz edən insan-red.) Günay Bayramova bildirib ki, adətən günün sonunda yorğunluğumuzu atmaq üçün yatmağa gedirik:

“Amma bu prosesi sadəcə istirahət vasitəsi kimi deyil, bir rituala çevirsək, gündəlik yaşadıqlarımızı dəyərləndirmək, sabah üçün, gələcək həftə, ay və illər üçün yol xəritəsi yaratmaq mümkündür. Bunun üçün isə düzgün yuxuya keçməyi öyrənmək vacibdir. Bəziləri günün stressini və düşüncələrini özləri ilə yatağa daşıyaraq halsız şəkildə yuxuya gedirlər. Amma yuxunu şüurlu şəkildə idarə edənlər də var”.

Oneyromant qeyd edib ki, spiritualizmdə yuxu ilə bağlı yazılmamış üç qayda mövcuddur və bu qaydalara əməl etdikdə, yuxu sadəcə fiziki istirahət deyil, həm də ruhani və zehni bərpa vasitəsinə çevrilir:

“Statistik məlumatlara görə, insanlar gündəlik həyatlarında baş verən hadisələrdən təsirlənərək yuxular görürlər. Bu yuxular isə bəzən həyatlarında real dəyişikliklərə səbəb olur. Amma əsas məsələ  yuxunun texnikasını bilmək və bu prosesi şüurlu şəkildə yönləndirməkdir. Belə ki, yatmazdan əvvəl yataq otağını yuxuya uyğun hala gətirməlisiniz. Məsələn, otaqda oyuncaqlar, paltarlar, masa üstündə qarışıqlıq varsa, bunları yığışdırmaq lazımdır. Hər zaman bunu yüz faiz etmək mümkün olmaya bilər, amma maksimum rahat və keyfiyyətli yuxu üçün belə tədbirlər vacibdir. Bu tədbirləri həm də uşaqlar üçün həyata keçirmək lazımdır, çünki uşaqlar da yuxuya keçməkdə çətinlik çəkə bilirlər. Ümumilikdə, düzgün yuxuya keçmək, enerji və zehni rahatlıq üçün evinizdəki əşyaların və mühitin dəqiq tənzimlənməsi vacibdir”.

Günay Bayramovanın sözlərinə görə, keyfiyyətli yuxunun vacib şərtlərindən biri də rahat və uyğun geyim seçimidir:

“Araşdırmalar göstərir ki, insanlar gecə boyunca bir neçə dəfə qısa müddətə oyanırlar. Bu mikro-oyanışlar çox zaman yadda qalmır, lakin bu anlarda bədəndə narahatlıq yaradan hər hansı bir amil  məsələn, narahat geyim  yuxunun davamlılığını poza və bədənin istirahət prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən yuxuya getməzdən əvvəl maksimum komfort təmin edən, dərini qıcıqlandırmayan, elastik materiallardan hazırlanan geyimlər seçilməlidir. Geyim nə bədəni sıxmalı, nə də həddindən artıq boş olmalıdır. Qeyd edim ki, spiritual baxımdan çılpaq yatmaq məsləhət görülmür. Çünki çılpaq vəziyyətdə bədən energetik baxımdan daha açıq olur və bu da aşağı astral təsirlərə qarşı həssaslıq yarada bilir. Bu kimi təsirlər uzunmüddətli dövrdə emosional və psixoloji narahatlıqlara səbəb ola bilər.
Ona görə də yuxu zamanı geyimli olmaq, lakin bu geyimin rahat və enerji baxımından qoruyucu olması tövsiyə edilir”.

O, ən vacib qaydalardan birinin yuxudan əvvəl işıqlı cihazlardan və stimulyasiyaedici mühitdən uzaqlaşmaq olduğunu vurğulayıb:

“Telefon, televizor, planşet və digər rəqəmsal cihazların ekranları mavi işıq yayaraq beynin yuxu hormonu olan melatoninin ifrazına mane olur. Bu da bədənin yuxuya keçməsini çətinləşdirir və yuxunun dərinliyini azaldır. Tövsiyə olunur ki, yatağa getməzdən 1.5-2 saat əvvəl bu cihazlardan uzaqlaşasınız. Əgər həyat tərziniz, iş prosesiniz buna imkan vermirsə, bu vaxtı ən azı 40 dəqiqəyə endirmək lazımdır.
Sakitləşdirici musiqilər dinləmək, zəif işıqda kitab oxumaq və ya meditasiya ilə bu müddəti doldurmaq həm zehninizi, həm də bədəninizi yuxuya hazırlayacaq.
Unutmayın ki, yuxudan əvvəl beyinə gələn hər informasiya bədənin enerjisinin necə yenilənəcəyinə təsir edir. Gecəni informasiya seli ilə deyil, səssizlik və niyyətlə qarşılamaq, ertəsi gün üçün sizi daha enerjili, fokuslanmış və ruhən balanslı edəcək”.

Oneyromant bildirib ki, bu yuxu qaydaları təkcə böyüklər üçün deyil, uşaqlar üçün də olduqca faydalıdır:

“Çünki son zamanlar uşaqlarda yuxuya gec keçmək, narahat yatmaq və tez-tez oyanmaq kimi problemlər geniş yayılıb. Xüsusilə gün ərzində çoxlu vizual və emosional təsirə məruz qalan uşaqların beynində axşam saatlarında sakitləşmək çətinləşir. Valideynlərə tövsiyə olunur ki, uşaqların yatmazdan əvvəl texnologiyadan uzaq qalmasını təmin etsinlər, otaqda sakit və işıqsız mühit yaratsınlar. Həmçinin qız uşaqları üçün saçların açıq yox, yığılı formada yatması tövsiyə olunur. Bu, həm rahatlıq, həm də enerji baxımından daha balanslı hesab olunur”.

 

Ləman
“Paraqraf.com”

Loading

Visited 30 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Komitə sədri seçilib
Next: Aytac Məhərrəmova : “Məqsədim özüm kimi gənclərin inkişafına dəstək olmaqdır”

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.