PAYLAŞIN:

“Harvard Universiteti və administrasiyamız razılığa gəliblər ki, ali məktəb ​​təqribən 500 milyon dollar ödəyəcək və insanlara peşə məktəblərində süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətmək üzrə proqramlarla məşğul olacaq”.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, Tramp aprelin 15-də Harvard Universitetinə siyasi təşkilat kimi yanaşmağı və onun vergidən azad statusunu ləğv etməyi təklif etmişdi.

ABŞ Təhsil Nazirliyi universitetə ​​verilən 2.2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan etmişdi.

Paraqraf.com

Loading