Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Misir Mərdanov: “Müəllimlər Günündə rüşvət yığılması elə bil ən ciddi məsələyə çevrilib”
MANŞETELM VƏ TƏHSİL

Misir Mərdanov: “Müəllimlər Günündə rüşvət yığılması elə bil ən ciddi məsələyə çevrilib”

30 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

Qarşıdan 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü gəlir. 

Məktəblərdə adətən müxtəlif bayramlar ərəfəsində, o cümlədən Müəllimlər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi müəllimlərlə valideynlər arasında bir “təqdimetmə” mərasimi başlayır. Valideynlər öz aralarında müəllimə hansı hədiyyəni, yaxud hansı məbləğdə pul verməyi müzakirə edirlər. Hətta sosial şəbəkələrdə, özünə ad günü keçirərək valideynlər tərəfindən zinət əşyaları hədiyyə edilən bir neçə müəllimin videosu belə yayılmışdı.

Beynəlxalq Müəllimlər Günü ilə bağlı Elm və Təhsil Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, qurumun Kollegiyasının müvafiq qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib:

”Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. 

Qeyd edilənləri nəzərə alaraq, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”. 

Ümumiyyətlə, müəllimlərə müxtəlif hədiyyələrin verilməsində bəzən müəllimlər, bəzən isə onlara hədiyyə verən valideynlər günahlandırılır.

Müəllimə hədiyyə verilməlidirmi və bu prosesə şərait yaradan hansı tərəfdir? 

Məsələ ilə bağlı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov açıqlamasında ilk olaraq Azərbaycanın bütün müəllimlərini qarşıdan gələb Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib:

“Onlara möhkəm cansağlığı arzu edirəm. Hamımız bilməliyik ki, bizim ən ümdə, böyük problemimiz olan Qarabağ probleminin həllində, ərazi bütövlüyünün təyin olunmasında Azərbaycan məktəbinin və müəlliminin rolu danılmazdır. O məktəbin, müəllimin yetişdirdiyi şəxslər Şuşanın sırt qayalıqlarına dırmaşaraq torpaqlarımızı işğaldan azad etdilər. Bunu unutmaq olmaz. Eləcə də bütün müəllimlərə “rüşvətxor” demək olmaz.

Hər sahədə yaxşı işçi də, pis işçi də var. O cümlədən, məktəbdə də belədir. Məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə rüşvət yığılması elə bil ən ciddi məsələyə çevrilib. Mən şəxsən bunun tərəfdarı deyiləm. İnanmıram ki, Azərbaycan müəlliminin hamısı bu gün münasibətilə hədiyyə tələb edir və yaxud da alır. 

Eyni zamanda, mən onu da deyirəm ki, yaxşı bir müəllimdisə, hansısa şagird ona aparıb bir dəstə gül versə, bunu rüşvət kimi necə qəbul etmək olar? Nə olar, sevincini bölüşür, təbrik edir. Ancaq Beynəlxalq Müəllimlər Günü münasibətilə kütləvi şəkildə hardasa pul yığılarsa, belə addımları pisləyirəm. Hər zaman da pisləmişəm və ona yol vermək olmaz”. 

 

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Allahşükür Paşazadə ABŞ-yə səfər edəcək

Next

Keçmiş mətbuat katibi Ziya Məmmədov haqqında nədən danışdı? – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved