Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Reuters”: Rusiya Moldovada seçkilərə təsir etmək üçün pravoslav keşişlərdən istifadə edib
DÜNYA

“Reuters”: Rusiya Moldovada seçkilərə təsir etmək üçün pravoslav keşişlərdən istifadə edib

26 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Rusiya Moldovada keşişləri öz maraqları üçün təbliğatda iştiraka cəlb edib.

Paraqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“in dərc etdiyi geniş araşdırma yazısında deyilir.

Araşdırmada bildirilir ki, pravoslav keşişləri Moldovadan Rusiyaya dəvət edilərək pul mükafatı müqabilində Moskvanın maraqları naminə sistemli təbliğat kampaniyasına cəlb olunub.

Məlumata görə, “Moldovadan olan pravoslav keşişlərdən səxavətli maliyyə mükafatı müqabilində “Telegram” kanalları yaradaraq Rusiyanın və Moldovadakı rusiyapərəst qüvvələrin maraqlarına uyğun təbliğat aparmaları istənilib”.

“Reuters“in araşdırmasına əsasən, son bir ildə keşişlər tərəfindən Moldovada təxminən 90 “Telegram” kanalı yaradılıb və onlar özlərini yerli dini icmaların informasiya mənbəyi kimi təqdim edib. Kanallarda demək olar gündəlik olaraq oxşar, antiqərb məzmunu paylaşılır və minlərlə izləyicisi var.

Seçkilər yaxınlaşdıqca bu kanalların fəallığı üç dəfə artıb.

Ən çox yayılan mesajlar arasında Moldovanın ənənəvi dəyərlərinin təhlükədə olduğu, Avropa İttifaqının moldovalıları LGBT-ni qəbul etməyə məcbur edəcəyi və bunun mənəvi tənəzzülə və dini azadlıqların məhvinə gətirib çıxaracağı barədə təbliğat yer alır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Next

Yayda 100-ə yaxın şəxsi gün vurub

Copyright 2026— Praqraf.com. All rights reserved