Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də rekord tamaşaçı auditoriyası toplayıb
İDMANHADİSƏ

“Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də rekord tamaşaçı auditoriyası toplayıb

25 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Builki “Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

“Formula-1”in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı, demək olar ki, 1.1 milyon tamaşaçı toplayıb – bu, Azərbaycan Qran-prisi üzrə ABŞ televiziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarında start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında “Formula-1” yarışlarının televiziya auditoriyası orta hesabla 1.4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də “Formula-1” yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1.21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, sonuncu Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutub. Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gümüşün qiyməti 2011-ci ilin may ayından bəri maksimuma yüksəldi

Next

Azərbaycanda terror planlaşdıran “Ammar Azeri” ləqəbli şəxsə HÖKM OXUNDU

Copyright 2026— Praqraf.com. All rights reserved