Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Səmanın Altında Mübarizə
CƏMİYYƏTÖZƏL

Səmanın Altında Mübarizə

24 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

İnsan tarixi boyunca müxtəlif allahlar uydurub – bəzən dənizlərin, bəzən ildırımların, bəzən də döyüşlərin sahibini təsəvvür edib. Yunanların Zeus, Ares, Poseydonu; Hindistan torpaqlarının Şiva, Vişnu, Kalisini insanlar öz qorxularının, arzularının rəmzi kimi yaratmışdılar. Onlara güc vermək istəmiş, hətta tale bağlamışdılar.

Amma bütün bu miflər, bütlər qarşısında həqiqətin səsi var. Bu səs insana deyir: “Nə qədər tanrı adı uydursan da, bir olan Allahdan başqa heç kim sənə güc verə bilməz”.

Təsəvvür edin: Nurla qaranlığın qarşı-qarşıya dayandığı böyük bir meydan. Bir tərəfdə qədim tanrıların surətləri öz güclərini nümayiş etdirir. Digər tərəfdə mələklər, əllərində silah yox, üzlərindən yayılan işıqla bütün kainatı işıqlandırır. Və küncdə şeytan – daim fısıldayır: “Məni seç…”

Bu mənzərə əslində insanın içindəki mübarizənin rəmzidir. Hər birimizin qəlbində belə bir meydan var: arzularla həqiqət, köhnə bütlərlə nur, şeytanın vədləri ilə Allahın vədi üz-üzə gəlir.

Seçim anı isə bircə anda yetişir. O anda insan anlamalıdır ki, nə Zeusun ildırımı, nə Şivanın dağıdıcı gücü, nə də başqa bir büt – heç biri xilas yolu deyil. Xilasın qapısını açan yalnız Allahın adıdır.

O an dua edən insan diz çökür, başını əyir, “Allah” deyir. Və məhz o səs qaranlığı yarır. Uydurma tanrılar yoxa çıxır, şeytan pərən-pərən olur, qalan yalnız işıq olur. İşıq isə qorxunu ümidə, ümidi cənnət arzusuna çevirir.

Bu hekayə sadəcə təsəvvür deyil. Bu, həyatımızın özüdür. Hər gün seçim qarşısındayıq: ya bütlərin vədlərinə uyacağıq, ya da nura sarılacağıq. Unutmayaq – səmanın altında gedən ən böyük mübarizə elə insanın öz qəlbinin içindədir.

Elçin Ağasiyev

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq

Next

N saylı hərbi hissədə könüllü qanvermə aksiyası keçirildi

Copyright 2026— Praqraf.com. All rights reserved