31 Okt 2026, Şb

Qiymətinə görə Ginnesin rekordlar kitabına düşdü – Foto

PAYLAŞIN:

Dubayda yerləşən “Roasters” qəhvəxanalar şəbəkəsi rəsmi olaraq dünyanın ən bahalı qəhvəsinə görə Ginnesin rekordlar kitabına düşüb.

Paraqraf.com xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Məlumata görə, rekord qıran içki 670 dollara başa gəlib. Qəhvə xüsusi üsulla hazırlanıb və unikal əl işi kristal stəkanda təqdim edilib.

O, kompleks çiçəkli, meyvəli və sitrus aromaları ilə tanınan “Hacienda La Esmeralda” plantasiyasından eksklüziv Panama Geyşa toxumlarından istifadə edilməklə yaradılıb.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading