PAYLAŞIN:

Ukrayna ordusu Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Paraqraf.com xəbər verir ki, zərbə nəticəsində Novorossiyks şəhərində 2 nəfər həlak olub, daha 6 nəfər isə xəsarət alıb.

Bildirilib ki, hadisə zamanı bir neçə evə və avtomobilə zərər dəyib.

Nəticədə şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading