PAYLAŞIN:

“Çin və Hindistan Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin baş sponsorladır”.

Paraqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı danışıb.

“Çin və Hindistan Rusiyanın neftini almağa davam etməklə, indiki müharibənin əsas sponsorlarıdır”, – deyə o vurğulayıb.

Eyni zamanda, ABŞ lideri hətta bəzi NATO ölkələrinin Rusiyadan enerji resurslarının əhəmiyyətli miqdarda alınmasını dayandırmadığını söyləyib:

“Onlar özlərinə qarşı aparılan müharibəni maliyyələşdirirlər. Kimsə nə vaxt belə bir şey eşidib?”.

Kəmalə Vəliyeva, Paraqraf.com

Loading