Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” – Əli Nağıyev
CƏMİYYƏT

“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” – Əli Nağıyev

23 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.

Xidmət rəisi bildirib ki, bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir:

“Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma, təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir.

Təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

64 yaşlı kişini maşın vurub öldürdü

Next

Prezident Nyu-Yorka getdi

Copyright 2026— Praqraf.com. All rights reserved