Azərbaycanla Niderland arasında 11 saziş mövcuddur, 4 saziş isə hazırda müzakirədədir.
Paraqraf.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazirin sözlərinə görə, görüş zamanı bir sıra məsələlər ətrafında müzakirə aparılıb:
“Həm ikitərəfli, o cümlədən inkişaf perspektivləri, Azərbaycan-Aİ münasibətləri ətrafında faydalı müzakirəmiz oldu. Son illərdə iki ölkə arasında siyasi dialoq intensiv inkişaf edir. Bu sırada ali səviyyədə olan təmasları qeyd etmək mütləqdir”.
C.Bayramov əlavə edib ki, niderlandlı həmkarı ilə mütəmadi olaraq danışıqlar aparır:
“Bu sırada mütəmadi telefon danışıqlarını da qeyd etmək lazımdır. Həmçinin iki ölkə arasında Haaqa siyasi məsləhətləşmələri keçirilib, biz qərara gəldik ki, bu dialoq davamlı aparılmalıdır”.
Azərbaycanın XİN başçısı bildirib ki, iki ölkə arasında 11 saziş mövcuddur, 4 saziş isə hazırda müzakirədədir.
Paraqraf.com
![]()

