ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın razılığa gəlməyəcəkləri təqdirdə İrana yeni hücumlar başlatmaq ehtimalını istisna etməyib.
Paraqraf.com-un məlumatına görə, Amerika lideri bu açıqlamanı Floridada jurnalistin sualını cavablandırarkən verib.
“Həqiqətən düşünürsünüz ki, bunu edib-etməyəcəyimi sizə deyəcəyəm? Ehtimal ki, bunu edəcəyəm. Həmçinin yaxşı, böyük bir razılaşma əldə etmək şansımız da var”, – Tramp əlavə edib.
O qeyd edib ki, razılaşmanı başa çatdıra bilər və ya Vaşinqton və Tehran razılığa gələ bilər: “Dəqiq bilmirəm. Hər iki halda da biz qalib gələcəyik”.
Daha əvvəl “The Wall Street Journal” (WSJ) ABŞ-nin İrana hücumların bərpasına hazırlaşdığını xəbər verib. Bu arada, “Al Arabiya” telekanalı iddia edib ki, Tehran Vaşinqtona blokadanı ləğv etmək müqabilində Hörmüzü açmağı təklif edib.
Paraqraf.com
![]()

