25 Okt 2026, Bz

Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

PAYLAŞIN:

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Paraqraf.com-un məlumatına görə, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb.

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.

 

Paraqraf.com 

Loading