İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının hərbi kəşfiyyat əməkdaşı və mühəndis bölməsinin komandiri Məhəmməd Xəlava öldürülüb.
Qəzza zolağında digər zərbə zamanı HƏMAS-ın hərbi qanadının mühəndis bölməsinin komandiri Əhməd Zahir Fuad Əbu-Uda öldürülüb.
Paraqraf.com
![]()

