“Zor”, “Sen Gibi” və “Mühürlü Kaderim” kimi məşhur hitləri ilə 2000-ci illərin əvvəllərində böyük populyarlıq qazanan və “Nev” səhnə adı ilə tanınan Türkiyənin tanınmış müğənnisi Nevzat Doğansoy 57 yaşında vəfat edib.
Paraqraf.com xəbər verir ki, qaraciyər çatışmazlığından əziyyət çəkən sənətçi bir müddət idi ki, xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı.
İstanbuldakı Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən sənətçidən acı xəbər gəlib.
Məlumata görə, məşhur ifaçının vəfat xəbərini onun meneceri İlker Ercan açıqlayıb.
Nevzat Doğansoy 3 sentyabr 2026-cı ildə şüurunu itirdikdən sonra təcili xəstəxanaya qaldırılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müalicə müddətində bir müddət süni tənəffüs aparatına qoşulan sənətçi daha sonra həkimlərin xüsusi nəzarəti altında saxlanılırdı.
Həkimlərin bütün səylərinə baxmayaraq, 57 yaşlı sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Paraqraf.com

![]()

