Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Paşinyan Ermənistanla bağlı qərara görə Aİİ-ni tənqid edib
DÜNYA

Paşinyan Ermənistanla bağlı qərara görə Aİİ-ni tənqid edib

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın sonlarında ölkəsi ilə bağlı qəbul etdiyi qərarı tənqid edib.

Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

“Əlbəttə, mənim iştirakım olmadan qəbul etdikləri bəyanatla bağlı həmkarlarıma suallarım var və bunun təcrübədə nə demək olduğunu anlamalıyıq. Başa düşməliyik ki, Aİİ-nin hər hansı bir ölkəsi yuxudan oyanıb istənilən ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər bu sualın cavabı müsbətdirsə, o zaman Aİİ özünü buraxdığını elan edir. Biz isə nəticə çıxarmalıyıq. Çox aydın bir cavab olmalıdır: Aİİ mövcuddur, ya yox? Əgər mövcuddursa, o zaman biz mövqe tutacağıq, mövcud deyilsə, o zaman xüsusi bir mövqe tutmağa ehtiyac qalmayacaq”, – deyə o bildirib.

Bundan başqa, Paşinyan hesab edir ki, Rusiyanın Ermənistandan idxala, eləcə də Ermənistan mallarının ölkə ərazisindən digər Aİİ ölkələrinə ixracına tətbiq etdiyi məhdudiyyətlər ən azı təşkilatın bir sıra üzvlərində çox ciddi narahatlıq yaradacaq.

“Avrasiya İqtisadi İttifaqı bir neçə konseptual müddəaya əsaslanır: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti. Əgər bu yoxdursa, deməli, Avrasiya İqtisadi İttifaqı da yoxdur”, – o vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zelenski: Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib

Next

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

Copyright 2026— Praqraf.com. All rights reserved