Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir
DÜNYA

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ güclü zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ dağıdıcı zəlzələlərlə əlaqədar Venesuela xalqına dərin hüznlə başsağlığı verir. yaxınlarını itirənlər, yaralananlar, eləcə də təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışan cəsur xilasedicilərin yanındayıq. ABŞ bu çətin vaxtda Venesuela xalqını dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir”, – M.Rubio yazıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat yayıb. Ölkə fövqəladə vəziyyət rejimi elan edilib. İlkin məlumata görə, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, daha 700 nəfər yaralanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan Ermənistanla bağlı qərara görə Aİİ-ni tənqid edib

Next

Yaponiyada 7,2 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved