Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Məhkəmə son nöqtəni qoydu” – Əmrah Həsənliyə qarşı qaldırılan iddia rədd edildi
MANŞETÖZƏL

“Məhkəmə son nöqtəni qoydu” – Əmrah Həsənliyə qarşı qaldırılan iddia rədd edildi

13 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Mingəçevir Şəhər Məhkəməsində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli barəsində qaldırılmış şərəf və ləyaqətin müdafiəsi, həmçinin mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qərar elan olunub.

Paraqraf.com-un məlumatına görə, məhkəmə tərəfindən tərəflərin izahatları, təqdim olunan sübutlar və iş materialları araşdırıldıqdan sonra iddiaçı Günel Bəşirova tərəfindən irəli sürülən tələblər təmin edilməyib və iddia tam şəkildə rədd olunub.

Məlumata görə, məhkəmə mübahisəsinə səbəb olan paylaşım Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə çalışan bir qrup müəllimin müraciətləri əsasında ictimailəşdirilmiş məlumatlarla bağlı olub. Həmin paylaşımda aidiyyəti dövlət qurumlarına müraciət edilərək məsələnin araşdırılması tələb olunmuşdu.

Məhkəmə prosesində çıxış edən Əmrah Həsənli bildirib ki, məqsəd hər hansı şəxsi hədəfə almaq deyil, müəllimlərin qaldırdığı problemlərin ictimailəşdirilməsi və aidiyyəti qurumların diqqətinə çatdırılması olub.

Qərardan sonra açıqlama verən Əmrah Həsənli məhkəmənin qərarını qanunun aliliyinin və obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirib.

“Həqiqət məhkəmədə təsdiqini tapdı” kimi qiymətləndirilən qərar ictimaiyyətin diqqətini çəkib və təhsil sahəsində qaldırılan problemlərin hüquqi müstəvidə müzakirəsinin vacibliyini bir daha gündəmə gətirib.


Aytac

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Next

“Süni intellektin sürətli inkişafı fundamental elmlər sahəsində tədqiqatların gücləndirilməsini zəruri edir” – Misir Mərdanov

Copyright 2026— Praqraf.com. All rights reserved