Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”
MANŞETÖZƏL

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində mühüm əhəmiyyət daşıyan, dövlətçiliyimizin qorunub saxlanıldığı və milli birliyin təmin olunduğu əlamətdar bir gündür. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq ölkəni parçalanma, xaos və vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi. Məhz həmin dövrdən etibarən Azərbaycanın sabit inkişafının, güclü dövlət quruculuğunun və müstəqilliyinin möhkəmləndirilməsinin əsası qoyuldu.

Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, iqtisadi və siyasi gücünü daha da artırıb. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin qüdrətinin, xalqımızın iradəsinin və milli həmrəyliyinin bariz nümunəsidir. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Milli Qurtuluş ideyalarından qaynaqlanan inkişaf strategiyası bu gün Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də özünü göstərir. tərəfindən aparılan fəaliyyət tarixi ədalətin bərpasına, Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə qayıdış hüququnun beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Bu məsələ dövlətimizin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının vacib tərkib hissəsidir.

Milli Qurtuluş Günü yalnız keçmişimizin deyil, həm də bu günümüzün gücünü və gələcəyimizin etibarlı təminatını ifadə edir. Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, Azərbaycan dövlətinə davamlı inkişaf, əmin-amanlıq və yeni uğurlar arzulayıram.

 


Elxan Qəmbərov

Azərbaycan Respublikasının Auditorlar Palatasının şöbə müdiri,
Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved